İsmayıllıda avtomobilin vurduğu məktəbli öldü

İsmayıllıda məktəblini avtomobil vurub.
 
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.
 
Qobustan sakini 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu hadisə nəticəsində dünyasını dəyişib.
 
Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur.
 
Fakt araşdırılır.