Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,9 faiz artaraq 3 milyard 504,0 milyon manat olub. 
 
Ednews  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 
 
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 639,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib. 
 
Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 345,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.