Bakıda bir nəfər qarşı oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Ednews-a verilən məlumata görə, mayın 26-da Nizami rayonu ərazisində bir nəfərin içərisində 870 manat pulu, bank kartları, sənədlər və mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Asəf Hüseynov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.