SON DƏQİQƏ! "Sürücü Əhməd" vəfat etdi

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımov dünyasını dəyişib. 


Bu barədə sənətkarın qızı Kəmalə xanım məlumat verib. 

Qeyd edək ki, Əməkdar artist Elxan Qasımovun səhhəti qəfildən pisləşib. Sənətkara aorta anevrizmasının partlaması diaqnozu qoyulub. O, mayın 9-da əməliyyat olunub.  

Xatırladaq ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınır.  

Allah rəhmət eləsin!