Tovuzda minik maşın yanıb, sürücü xəsarət alıb

Tovuzda yanğın hadisəsi baş verib.

Ednews-un məlumatına görə, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını anidən yanıb.

Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil söndürülüb, yanğın zamanı sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Sürücü Namiq adlı şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanası yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.