Azərbaycanlılara məxsus qəbiristanlıqdan sökülən və mərmərdən olan qəbir daşları Xocavənd rayonunun Azıx kəndində ermənilərin yaşadığı evin qarajında tapılıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
20 azərbaycanlıya məxsus qəbr daşlarının üzərində adlar, soyadlar, doğum və ölüm tarixləri həkk olunub:
Əliyeva Qönçə Həmzə qızı (1914-1990)
Qarayev Əli Zülfüqar oğlu (1933-1992)
Telli Şirin qızı Hüseynova (1903 -1991)
Məmmədov Sərxan Gülmalı oğlu (1886-1975)
Hacıyeva Bəyim Ələkbər qızı (1912-1989)
Məmmədova Şamama Namaz qızı (1894-1978)
Səfiyev Fərhad Mürsəl oğlu (1917-1993)
Atakişiyeva Bəyaz Şirin qızı (1906-1979)
Quliyev Eyyub Hüseynalı oğlu (1924-1991)
Həsənov Soltan Şirin oğlu (1928-1991)
Abbasov Qədir Allahyar oğlu (1971-1983)
Zeynalov Umud Səlim oğlu (1926-1990)
Bəzi qəbir daşlarının üzərində ad və soyad olmasa da, onların təsvirləri var.
Xatırladaq ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad edilib.