Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərləri davam edir.
Ednews xəbər verir ki, səfər çərçivəsində çəkiliş qrupu sənədli film çəkmək üçün Ağdam rayonuna səfər ediblər. BAMF prezidenti Umud Mirzəyev qonaqları müşayət edir.
Qeyd edək ki, “Əl Cəzirə” rəsmilərinin səfər proqramı, Azərbaycanda keçirəcəkləri rəsmi görüşlər, region səfərləri və müxtəlif istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Bu tərəfdaşlıqlar çərçivəsində ilkin olaraq Azərbaycanın mina problemi və minadan zərərçəkənlərlə bağlı hekayələrin və Azərbaycan haqqında təqdimat çarxlarının hazırlanması nəzərdə tutulub. Səfər iyunun 11-dək davam edəcək.
Xatırladaq ki, bu əməkdaşlıq BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında bağlanan anlaşma memorandumuna əsaslanır.
Oğuz