Sabunçuda 19 mərtəbəli binadakı yanğın SÖNDÜRÜLDÜ

Bakı şəhərinin Sabunçu rayonunda ondoqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 
 
Bu barədə Ednews-a FHN-dən bildirilib. 
 
Bakıxanov qəsəbəsində çoxmərtəbəli binada yanğın olub - FOTO/VİDEO
 
 
Yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb. 
 
Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. 
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU