Gədəbəydə istirahət mərkəzində meyit tapıldı

Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.
 
Ednews  xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
 
Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından vəfat edib.
 
Ölümün səbəbləri araşdırılır.