Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin vəzifəsi ilə bağlı DƏYİŞİKLİK

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. 
Ednews  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə əksini tapıb. 
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alıb. 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO