“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri AzTv-ni ziyarət etdilər

Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərləri davam edir. 

Ednews xəbər verir ki, qonaqlar bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri”ni ziyarət ediblər. Görüşdə qonaqları BAMF-ın prezidenti Umud Mirzəyev müşayiət edib. Onlar “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla görüşüblər.

Görüşdə iki televiziya rəsmiləri əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

Daha sonra qonaqlar AzTv-nin “Qızıl Fond” ilə tanış olublar. Eyni zamanda televizyanın rəqəmsal mərkəzini, arxiv idarəsində iştirak etdilər. 

Bundan başqa qonaqlar “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində şəhidlərin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsini ziyarət ediblər. 

Rövşən Məmmədov AzTv-nin hər sahədə "Əl-Cəzirə" Media Şəbəkəsinin  regiondakı fəaliyyətinə dəstək olmağa və əməkdaşlığa köməklik göstərməyə hazır oduğunu qeyd edib.

Xatırladaq ki, bu əməkdaşlıq BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında bağlanan anlaşma memorandumuna əsaslanır.

Oğuz

 

Qənirə Paşayevanın son müsahibəsi - VİDEO