Əlaqələndirmə Qərargahının Laçında iclası oldu

Cəmiyyət 19:15 09.06.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Laçın şəhərində növbəti iclası keçirilib.
 
Ednews xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində dövlətimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, müstəqilliyimizin möhkəmləndirildiyini, ölkəmizin ardıcıl inkişaf yoluna qədəm qoyduğunu bildirib. Samir Nuriyev vurğulayıb ki, Ulu Öndər bütün qüvvəsini və xalqımızın potensialını vahid amal - torpaqlarımızın işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün səfərbər etdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş və prinsipial siyasəti nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin olundu, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar.
 
Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin may ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox yaşayış məntəqələrinin təməllərini qoyduğunu, infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma və tikinti işləri ilə yerlərdə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib. Qeyd edilib ki, çoxşaxəli və irimiqyaslı layihələrin reallaşdırılması dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı müəyyən etdiyi sistemli, ardıcıl yol xəritəsinə və strateji xəttə uyğun şəkildə, sürətlə icra olunmaqdadır. Həyata keçirilən layihələr çərçivəsində işlərin miqyası genişləndiyinə görə, yerlərdə işin planlı və əlaqəli şəkildə aparılması, o cümlədən bütün aidiyyəti qurumların sıx əməkdaşlıq mühitində fəaliyyətinin təmin edilməsi, habelə vaxt və keyfiyyət amillərinin uzlaşdırılması məsələlərinə diqqətin artırılması zəruridir.
 
Sonra Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı verdiyi tapşırıqların icrası istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü il ərzində icrası davam etdirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
 
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyinə daxil olan məsələlərin yerlərdə əlaqələndirilməsi, müvafiq ərazilər üzrə görülən işlərin icra dinamikası və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
 
İclasda Azərbaycan Prezidenti tərəfindən Qərargah qarşında qoyulmuş vəzifələrin tam şəkildə icrası və müəyyən edilmiş strateji xəttə uyğun həlli məsələləri müzakirə olunub.
 
Daha sonra Qərargahın üzvləri Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlər, Heydər Əliyev küçəsinin yenidənqurma konsepti ilə tanış olub, 1 Dekabr küçəsində yaşayış məhəlləsinə baxış keçiriblər. Onlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nda aparılan işlərlə bağlı məlumat verilib.
 
Qərargahın üzvləri Laçın rayonunun Zabux kəndinə səfər edərək, burada zəruri infrastrukturun yaradılması və kəndə qayıdacaq əhalinin rahat həyat şəraitinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış olublar.
 
Səfərin yekununda Samir Nuriyev qarşıda duran məsələlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti orqanların rəhbərlərinə zəruri tapşırıqları çatdırıb.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı