Təhsil krediti verilən tələblərin sayı açıqlandı

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

 
Ednews xəbər verir ki, bu barədə  Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
 
Məlumata görə, bu günə qədər 6360 nəfərə TTK verilib. Onların arasından 2221 nəfərin müraciəti sosial TTK, 4139 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"