Bakıda ağır QƏZA 2 yaşlı körpə YARALANDI

Bakının Yasamal rayonunda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. 
 
Ednews  "report.az"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü A.Qədirli ağır xəsarət alıb. 
 
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 
 
Fakt araşdırılır.