Bakı-Ağstafa marşrutuna əlavə reyslər TƏYİN EDİLDİ

Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə 2 əlavə qatar reysi təyin edib. 
 
Ednews  xəbər verir ki, 10 iyun tarixində əlavə reyslə saat 16:00-da Ağstafa-Bakı istiqaməti üzrə yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.
 
11 iyun tarixində isə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafa stansiyasına saat 13:20-də çatacaq. 
 
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır. 
 
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"