Xəbər verdiyimiz kimi, iyunun 10-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı İlham Tumasın Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi materialları əsasında “Gizli Cinayətlər” kitabının təqdimat mərasimi keçirilib.
Ednews xəbər verir ki, baş tutan tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev də iştirak edib.
O çıxışı zamanı İlham Tuması kitabının çapdan çıxması münasibətilə təbrik edib və müvəffəqiyyətlər arzulayıb:
“Burada mənim üçün çox qiymətli insanlar toplaşıb. Əvvəldən qatıla bilməməyimin bəzi səbəbləri var. Bizə "Əl-Cəzirə" Media Şəbəkəsindən qonaqlar səfər edib. Bu tədbirdən sonra da onlarla görüşümüz var. Çalışacam ki, bir daha görüş təyin edib, fikir mübadiləsi aparaq. İlham Tumas oxunmayan bir kitabdır və hər kəs üçün hədəf olunan kitabdır. Mənim üçün İlhamla münasibətdə olmaq həmişə faydalanmaq, itməyən zaman deməkdir. Əlbəttə, İlham Tumas sadə bir insan deyil, onun xarakterindən dostları da xəbərdardır. Onu çox istəyirəm və o özü də bilir onun dırnağına dəyən daş bizim ürəyimizi incidir. Gələcəkdə ona belə çıxışların tez-tez olmasını arzulayıram. Bunu İlham etməsə heç kəs etməyəcək. Biz hamımız cəmiyyətimiz üçün, Azərbaycanımız üçün bacarıqlarımızı əsirgəməyək. Hər bir insanın fərd olaraq cəmiyyət üçün bacardıqlarını etmək onun borcudur. Gələcəkdə İlhamdan çoxlu uğurlar gözləyirik. Bizim təşkilat hər kəsə açıqdır. Bir daha təşəkkürlərimi bildirib, salamlarımı göndərirəm”.
Qeyd edək ki, Karyera və İşə Hazırlıq Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabın layihə rəhbəri Şahin Sərdarlıdır.
Nurlana