Xocalı, Xankəndi və Xocavənddən olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət etdi

Cəmiyyət 16:03 14.09.2023

Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.

Ednews  müraciəti təqdim edir.

Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik.

Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır.

Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!

Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq.

Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü.

Doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi “boz zona”ya çevrilib.

Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır.

Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir!

Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla tam təmin edilib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb.

İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək.

Buna görə də Xocalıda, Xankəndidə, Xocavənddə, indi “boz zona”ya çevrilmiş digər ərazilər də Azərbaycanın suverenliyinin təmin olunmalıdır.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!

“Boz zona” həmişəlik qala bilməz. Bu dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik! Biz buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq!

Hər il Xocalı soyqırımı günü Bakıda “Ana harayı” abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə “Əziz Xocalı, biz qayıtmışıq!” deyəcəyimiz günü gözləyirik.

Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!

İmzalar:

1. Vəliyeva Xatirə - Xankəndi şəhər sakini, “Xankəndi - Məcburi Köçkünlərə Dəstək” İB sədri

2. Xudiyev Hikmət - Xankəndi sakini, Əməkdar jurnalist

3. Cəfərova Səriyyə - Xocalı rayon sakini, “Xocalı təcavüzünün tanıdılması” İB-nin sədri

4. Qasımova Flora - Xankəndi şəhər sakini, Prezident təqaüdçüsü

5. Məmmədov Vaqif - Xankəndi şəhər sakini

6. Vəliyev Nazim - Xankəndi şəhər sakini, həkim

7. Fərzəliyev Yusif - Xankəndi şəhər sakini, müəllim

8. Quliyeva Sevinc - Xankəndi şəhər sakini, həkim

9. Əlizadə Qəribə - Xankəndi şəhər sakini, müəllim

10. Əliyev İzzət - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, sürücü

11. Cəfərsoy İlhami - Şuşa rayonu Malıbəyli kənd sakini, professor, müəllim

12. Allahverdiyev Mübariz, Xocalı rayon sakini, professor, müəllim

13. Bağırov Vahid - Xankəndi şəhər sakini, təqaüdçü

14. Mirzəyeva Aynur - Xankəndi şəhər sakini, müəllim

15. Qarabağlı Aydın - Xankəndi şəhər sakini, Əməkdar jurnalist

16. Kazımov Qalib – Xankəndi şəhər sakini

17. Səmədov Səbuhi - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, şəhid övladı

18. Qasımov Ceyhun - Xankəndi şəhər sakini

19. Əliyeva Yeganə - Xankəndi şəhər sakini, müəllim

20. Kazımov Teymurxan - Xankəndi sakini

21. Rüstəmova Fiqurə - Xocalı rayon sakini, müəllim

22. Quliyev Elman - Xankəndi şəhər sakini

23. Zeynalov Yaqub - Xankəndi şəhər sakini, aktyor

24. Mustafayev Yaşar - Xankəndi şəhər sakini, müəllim

25. Mailov Namiq - Xankəndi şəhər sakini, jurnalist

26. Rəşidov Natiq - Xankəndi şəhər sakini

27. Əliyeva Nuridə - Xankəndi şəhər sakini, müəllimə

28. Rəsulov Novruz - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini

29. Quliyev Ramin - Xocalı şəhər sakini, müəllim

30. Hüseynova Samirə - Xocalı şəhər sakini, müəllim

31. Məmmədov Elxan - Xankəndi şəhər sakini

32. Mustafayev Qorxmaz - Ağdərə rayon sakini müəllim

33. Əmirov Xasay - Xankəndi şəhər sakini, müəllim

34. Fərəcov Vüqar - Xankəndi şəhər sakini

35. Əhmədova Ziba - Xankəndi şəhər sakini, təqaüdçü

36. Mirzəyev Sahib - Xankəndi şəhər sakini

37. Xudiyev İlham - Xankəndi şəhər sakini, jurnalist

38. Bəxtiyarova Sevda - Xankəndi şəhər sakini, müəllim

39. Quliyeva İradə - Xankəndi şəhər sakini, müəllim

40. Bağırova Sevil - Xankəndi şəhər sakini, müəllim

41. Qasımov Rafael - Xankəndi şəhər sakini

42. Əliyev Mürvət - Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakini, Qarabağ veteranı

43. Atakişiyev Sərhad - Xankəndi şəhər sakini, şəhid qardaşı

44. Məmmədova Emiliya - Xankəndi şəhər sakini, müəllim

45. Hüseynov İlqar - Xocavənd rayonu Qaradağlı kənd sakini

46. Muradova Rita - Xankəndi şəhər sakini, müəllim

47. Muradova Nazimə- Xankəndi şəhər sakini, təqaüdçü

48. Amil Quliyev - Xocalı rayon sakini, təqaüdçü

49. Quliyev Rafiq - Xocavənd rayonu Qaradağlı kənd sakini.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı