Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür. 44 gün davam edən haqq savaşımızda 2908 hərbçimiz Vətənimiz uğrunda canlarını fəda ediblər.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixində imzaladığı sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.
Anım Günündə şəhidlərimizin yaxınları, hərbçi yoldaşları və paytaxt sakinləri II Fəxri Xiyabana gələrək torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarımızı yad ediblər.
Ednews-un Şəhidlər Xiyabanından hazırladığı fotoreportajı təqdim edirik:
Oğuz