ÇXR-nin yaradılmasının 74 illiyi ilə bağlı qəbul təşkil edildi

Cəmiyyət 23:53 28.09.2023

Sentyabrın 28-də Gülüstan sarayında Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə qəbul təşkil edib.

Ednews xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı səfiri xanım Quo Min çıxış edərək Çinin son 74 ildə əldə etdiyi böyük nailiyyətlərdən danışıb. O vurğulayıb ki, bu illər ərzində Çin xalqı iqtisadi tərəqqi istiqamətində böyük sıçrayışa nail olub, ölkənin tərəqqisi dönməz tarixi prosesə çevrilib. Keçən ilin oktyabrında Çin Kommunist Partiyasının uğurla keçirilən XX Milli Konqresində müasir və qüdrətli sosialist dövlətinin hərtərəfli inkişafı, bu istiqamətdə əsas məqsədlərin həyata keçirilməsi vəzifələri müəyyən edilib. Çinin xüsusiyyətlərinə uyğun modernləşmə və ölkənin gələcək inkişafı üçün böyük bir plan hazırlanıb.

Səfir Quo Min qeyd edib ki, 31 il bundan əvvəl əsası qoyulan Çin-Azərbaycan diplomatik münasibətləri beynəlxalq vəziyyətin dəyişməsi fonunda zamanın sınağından çıxıb. Ölkələrimiz yorulmadan siyasi etimadı və strateji koordinasiyanı gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir. İki ölkəni möhkəm dostluq, tərəfdaşlıq və ortaq tale birləşdirir. Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında uğurlu görüş keçirilib və ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. Bu ilin əvvəlindən etibarən yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edir. “Bir kəmər, bir yol” təşəbbüsü üzərində birgə fəaliyyət durmadan irəliləyir, bir çox yerli vilayət və şəhərlər qardaş şəhər əlaqələri qurublar. Bununla yanaşı, humanitar və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir.

İkitərəfli ticarət və investisiya üzrə əməkdaşlıq da genişlənməkdə davam edir. Çin tərəfi Azərbaycanla əlaqələrinin daha da inkişafına kömək etmək və yeni dövrdə ortaq taleyi olan Çin-Azərbaycan icmasının birgə qurulması üçün Azərbaycan Hökumətinin və cəmiyyətin bütün təbəqələrinin dost nümayəndələri ilə işləməyə davam etməyə hazırdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev çıxışında dost Çin xalqını milli bayram münasibətilə səmimi qəlbdən təbrik edib və iki ölkə arasında dostluğun qədim tarixə malik olduğunu və Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, dövlət başçılarının şəxsi təşəbbüsü və dəstəyi sayəsində Azərbaycan ilə Çin arasında siyasi qarşılıqlı etimad daim dərinləşir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli nəticələri əldə edilir, beynəlxalq əməkdaşlıq inkişaf edir. Hazırda Azərbaycan-Çin münasibətləri sürətli və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan ikitərəfli münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün Çin ilə birgə fəaliyyəti davam etdirməyə hazırdır.

Tədbirdə “Təxəyyülünüzdən kənar Çin”, “Siçuan – Çinin yarısı bir göz qırpımında”, “Gözəl Çin” və s. mədəni videoçarxlar nümayiş etdirilib. Bu videolar nəinki möhtəşəm mənzərəni hərtərəfli açıb göstərib, həm də 74 il əvvəl yeni Çinin qurulmasından bu yana ölkənin görkəmli nailiyyətlərini əks etdirib.

Azərbaycanın “Odlar Yurdu” xalq rəqs ansamblı və “Vinq Çun” Assosiasiyası Çin və Azərbaycanın ənənəvi rəqslərini, eləcə də Çin döyüş sənətlərini nümayiş etdirib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı