Xankəndi yaxınlığındakı yüksəkliklərdən birində separatçıların ucaltdığı qondarma "işıqsaçan xaç" sökülüb.
Ednews xəbər verir ki, bununla bağlı Xankəndidən köçən erməni bloger David Simonyan məlumat və videogörüntü paylaşıb.
Dəmirdən quraşdırılmış bu xaç simvolu 2017-ci ildə Xocalı rayonunun "Daşuşen" adlandırılmış Daşkənd kəndində ucaldılmışdı. Hündürlüyü 50 metr idi. Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünürdü.
Xatırladaq ki, ermənilər hesab edirdi ki, bu, Avropada ikinci hündür xaçdır.