Şuşa şəhərində üç yeni binanın tikintisi yaxın vaxtlarda başa çatdırılacaq.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Şuşa şəhər Dövlət Təbiət Qoruğunun icraçı direktoru Tural Novruzov yayıb.
Novruzov xatırladıb ki, 3 il ərzində Heydər Əliyev Fondu Şuşada bir neçə abidəni bərpa edib:
“Qeyd etməliyəm ki, işğal zamanı Şuşadakı abidələrin 70 faizi dağıdılıb. Biz orada yeni binalar tikmişik və insanların ora köçürülməsini təmin edəcəyik".
O, Şuşanın yaşıl şəhər olduğunu deyib:
"Ona görə də burada ağaclar kəsilməyəcək, hər binanın ətrafında yeni ağaclar əkiləcək”.