Xankəndidən olan 95 yaşlı Aytəki nənə: “Doğma yurdumu bir daha görmək istəyirəm”

Cəmiyyət 15:11 16.10.2023

“Xankəndi çox gözəl yerdir, Azərbaycanımızın ayrılmaz hissəsidir. Doğma elimin gözəl günlərini unutmamışam, amma həm də acı xatirələri ilə yaşamışam...” 

Ednews  xəbər verir ki, bu sözləri Xankəndinin 95 yaşlı sakini Aytəki Hüseynova AZƏRTAC-a söhbətində bildirib. 

Aytəki Hüseynova 1928-ci ildə Xankəndidə dünyaya göz açıb. 1949-u ilə qədər valideynləri və iki bacı, bir qardaşı ilə Xankəndidə yaşayıb.

O, 1949-cu ildə Füzuli rayonuna gəlin köçüb. Sonrakı illərdə də tez-tez Xankəndiyə gedib-gəlib. Bildirir ki, Xankəndinin həm ən gözəl günlərini görüb, həm də ermənilər gələndən sonra ən çətin, əzablı-əziyyətli günlərinin şahidi olub. 

"Yadımdadır, İkinci Dünya müharibəsi illərində Xankəndidə ipək fabriki inşa edildi. O dövrdə ermənilər şəhərə kütləvi şəkildə gəldilər. Əksəriyyəti də həmin fabrikdə işləməyə başladı. Hökumət onlara ev verəndən sonra, ermənilər daha da çoxaldı. Amma əvvəllər bizim yerlərdə erməni demək olar çox az olub. Elə çətin günlərimiz də ermənilər gələndən sonra başladı. Hətta qucaq açdığımız ermənilər bizləri öz doğma-yurd yuvamızdan didərgin salmağa çalışırdılar.

Bunun üçün təzyiqlər etməyə başladılar. Alış-veriş üçün mağazalara gedəndə belə, azərbaycanlıları döyür, təhqir edərək qovurdular. Xankəndidə yataqxana var idi, həmin yataqxananın qabağında 3 azərbaycanlını üzərinə neft töküb yandırmışdılar. Həmin vaxt qətlə yetirilən qadının adı Zərif idi, mənimlə bir sinifdə oxumuşdu. Bu əməli törədənlər insan ola bilməz. Belə çox çətin günlərimiz olub Xankəndidə” – deyir Aytəki nənə. 
Nəhayət, uzun illərin yurd həsrətinə son qoyuldu. Hər bir azərbaycanlı kimi, Aytəki nənə də hədsiz sevinc içindədir. Vaxtilə işğal altında olan ərazilərimizdə indi üçrəngli bayrağımız dalğalanır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən gün Xankəndidə bayrağımızı qaldırması ilə onun uzun illərdir gözlədiyi arzusu da yerinə yetmiş oldu: 

“Xankəndinin doğma sakinlərinə qayıdacağı günü inamla gözləmişəm. Ötən gün Prezidentimiz Xankəndiyə səfər etdi, oradan xalqa müraciətinə baxanda ürəyim təskinlik tapdı. Canımız bu bəladan xilas oldu. Ali Baş Komandanımız və ordumuz üçün o qədər dua etmişəm ki, onların sayəsində mənim yurdum, doğulduğum vətən ermənilərdən azad olunub. İndi əsas arzum ömrümün son çağlarında Xankəndini görməkdir. Doğma yurduma yenidən getmək, o yerləri bir daha görmək istəyirəm”. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı