Niyə 13 rəqəmi şanssız sayılır? Bu barədə İslam dini nə deyir? Niyə insanlar batil incanlara inanırlar?
Bu barədə Ednews-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda ümumiyyətlə şanssız rəqəm deyə bir anlayış yoxdur.
Onun sözlərinə görə, 1 yəni təkallahlıq 3 dən, yəni təslis (üç üqnum: Allah, Müqəddəs Ruh, İsa Məsih) inancından əvvəldə gəlir:
"Ona görə inanc baxımından bunun İslam dinində bir əhəmiyyəti yoxdur. Deyəsən ölkəmizdə 13 saylı avtomobil seriyası da yoxdur. Bəzi hotellərdə 13 saylı otaqlar olmur. Ona görə ki, çox adam orada qalmaq istəmir. Lakin yenə qeyd edirəm, İslam dininə görə nəhs rəqəm, şanssız rəqəm deyə bir anlayış və inanc yoxdur. Bu, yalnız xurafatdır və əsassızdır”.
Oğuz