2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10% artım deməkdir.
Ednews xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır. C.Kərəmov qeyd edib ki, ən çox tələb olunan ixtisas, həmişə olduğu kimi, aşpazlıq üzrə olub.
“Əmək bazarının araşdırılması ilə bağlı məlumatlar istədiyimiz kimi deyil. Hələ də təkliflər veririk. Eləcə də aidiyyəti dövlət qurumlarından gələcək 5-10 il üçün hansı sahələrdə fəaliyyət aktivliyi olacağı ilə bağlı məlumat istəyirik. Məzunların əmək bazarında uğurları ilə bağlı ölçmələr aparılacaq. Hələ də peşə təhsili müəssisələrində çalışan kadrlara lazımi qədər əməkhaqqı verə bilmirik. Bundan başqa, aşpaz ixtisası üzrə 30-dan çox vakansiya yerinin 17-nə hələ də layiqli namizəd tapa bilməmişik”, - deyə direktor vurğulayıb.