"Dekabrda Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır".
Ednews xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur:
"Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib".