Noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub.
Ednews xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.