“Bugün BAMF ANAMA-nın yeganə və əsas QHT partnyorlarından biridir”.
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyev Bakıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransında söyləyib.
“Azərbaycan dünya ölkələri arasında minalardan çirklənməyə görə ilk 10-luqdadır. Qarabağ ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırılıb. Biz BAMF olaraq hazırda başda ANAMA və BMT-nin İnkişaf Proqramı olmaqla bir neçə donor təşkilatlarla əməkdaşlıq çərçivəsində, Tərtərdə minalanmış ərazilərdə fəaliyyət göstərir, işçi komandalar arasında gender bərabərliyini və minadan əziyyət çəkmiş şəxsləri yardımla təmin edirik. Konfransın təşkilatçısı olaraq ANAMA-ya minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, BAMF 2000-ci ildən Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yeganə QHT partnyorlarından biridir.
Sözgedən video-sujeti təqdim edirik: