“Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Səhiyyə Nazirliyi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət nəticəsində iilər ərzində İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib”.
Ednews Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.
“Ümumilikdə, ölkəmizdə ilk dəfə İİV infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır”, deyə direktor müavini qeyd edib.