Azərbaycanda yayılan qızılca xəstəliyinin səbəbləri... - Məktəblilərin ölümü... - ÇIXIŞ YOLU NƏDİR?

Cəmiyyət 14:00 01.12.2023

Xəbər verdiyimiz kimi, Azərbaycanda qızılca virusu getdikcə daha geniş ərazilərə yayılmağa davam edir. Artıq Bakıda da təhsil ocaqlarında qızılca virusu aşkarlanıb. Belə ki, Azərbaycan Texniki Universitetində ümumilikdə 8 tələbə qızılcaya yoluxub. Həmin tələbələr izolyasiya olunublar.

Bu gün isə Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.

Nəyə görə uşaqlar qızılca xəstəliyindən keçinirlər? Səbəbləri nələrdir? Çıxış yolları necə təyin edilməlidir?

TƏBİB-dən Ednews-a məlumat verildi ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir: 

“Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.

Deputat Müşfiq Məmmədli də məsələyə münasibət bildirdi. Onun sözlərinə görə, qızılca uşaq infeksion xəstəlikləri qrupuna aiddir və biz müəyyən dövrlərdə yoluxmanı müşahidə edə bilərik. Amma uşaq infeksion xəstəlikləri, xüsusilə də qızılca ilə mübarizədə vaksinasiya mühüm əhəmiyyət kəsb edir: 

"Qızılcaya qarşı peyvənd bir və altı yaşında həyata keçirilir. Vaxtilə vaksinasiyanın düzgün həyata keçirilməsi nəticəsində Azərbaycanda bu qrup xəstəliklər demək olar ki, minimuma enmişdi. İndi olanlar vaksinasiya prosesində ciddi yanlışlığın olduğunu göstərir”.

Millət vəkili qeyd etdi ki, ilkin səhiyyə xidmətlərində boşluqlar var:

“Sanitar epidemioloji stansiyalar əvvəlki qaydada tam gücü ilə fəaliyyət göstərə bilmir və infeksionistlər ilkin səhiyyə xidmətlərindən götürülərək ancaq stasionarlarda yerləşdirilib. Bu da bu prosesdə peşəkar nəzarətin bir qədər zəifləməsinə gətirib çıxarır. Sosial şəbəkələrdə peyvəndlərə qarşı əsassız şübhələrin yaradılması, peyvənddən imtinanın təbliği vaksinasiya prosesində ciddi problemlər yaradır. Bu, könüllülük əsasında həyata keçirildiyi üçün valideynlər ilkin səhiyyə xidmətində peyvənddən imtina edə bilirlər. Üstəlik, həmin uşaqlar bağçalara, məktəblərə o imtina əsas gətirilərək qəbul olunur. Bu da vaksinsiz uşaqların kollektivdə olmasına gətirib çıxarır. Bir uşaq qızılca olduqda, yüksək sürətli yayılma qabiliyyəti olan virus bütün kollektivi yoluxdurur”.

Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov isə açıqlamasında vurğuladı ki, valideynlər övladlarının qidalanmasına fikir verməlidir. İlk növbədə uşaqlara kişmiş yedirtməlidirlər. Qızılca vaxtı iynə vurmaq olmaz:

"Çalışıb təbii vasitələrdən istifadə etməlidirlər, məktəblilərə bal, şirin qidalar verilməlidir və onları qətiyyən soyuğa verməməlidirlər. Bu 3 şərt yerinə yetirilsə, uşaq tez sağalacaq. Qızılca elə bir xəstəlikdir ki, hər kəs bu xəstəliyə yoluxur. Hətta yaşlı da olsan, bu xəstəliyə yoluxa bilərsən. Bəzən deyirlər ki, hətta qəbirdə də olsa, qızılcaya yoluxursan. Bu təbii ki, mifdir, amma hər kəs ömründə bir dəfə bu xəstəliyə yoluxur".

Onun sözlərinə görə, bəzi şəxslər qızılcaya yoluxur, lakin immunitetləri güclü olduğu üçün bunu adi qrip kimi keçirir:

"Elə adamlar var ki, qızılca keçirir, lakin özlərinin xəbəri olmur. Belə şəxslər bu xəstəliyi səthi keçirirlər, qızdırmaları olur və elə bilirlər ki, adi şeydir, əslində isə qızılca keçirirlər. Bu cür şəxslərin immuniteti yüksək olduğu üçün xəstəlik hiss olunmur.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı