Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Ednews-un məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Rahilə Əli qızı Dəmirova yaşadığı evdə dəm qazından boğularaq hadisə yerində dünyasını dəyişib.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.