“İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər ümumilikdə 114 min 400 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib”.
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.
O bildirib ki, 110 347 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib:
"Bunların da 30 795-i piyada, 18 582-si tank əleyhinə mina, 60 970-isə partlamamış hərbi sursatdır".
Oğuz