“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata görə, müharibə əlili Əbülfət Tanverdi oğlu Qurbanovun “Tibialis Posterior Tendon vətər transferi” əməliyyatının xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.