Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində yaşıl gələcək üçün resursların səfərbərliyi müzakirə edilib

Cəmiyyət 14:32 31.05.2024

Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbərliyi və minalarla mübarizə vasitəsilə inklüziv transformasiya” mövzusunda panel müzakirəsi keçirilib.

Ednews xəbər verir ki, panelə moderatorluğu ANAMA İctimai Şurasının sədr müavini Emil Həsənov edib.

Panel iştirakçıları arasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets, Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin baş nəzarətçi (supervayzeri) Abdullah A. Al Rabeeah, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar Minalardan Təmizlənməsi üzrə milli direktorunun müavini Tarek Çazli (Tarek Chazli), "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut yer alır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo deyib ki, azad edilmiş ərazilərin minalardan təmizlənilməsinə və bu problemin daha çox insanın diqqətini cəlb edilməsinə daha çox səy göstərmək lazımdır: "İnsan həyatına ən böyük təhdidlərdən biri də minadır. Çünki torpaqda olan mina itmir, onlar həmişə insan itkisinə, yaralanmaya gətirib çıxarır. Mina təhlükəsi ilə mübarizə bu gün təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də çox vacibdir. Biz Azərbaycan hökumətini bu istiqamətdə dəstəkləyəcəyik. Azərbaycan və Ukrayna hökumətləri ilə, ekspertlərlə işləyir, təcrübələrimizi və resurslarımızı bölüşürük”.

Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets bildirib ki, müharibənin ilk ayından ölkəsinə dəymiş ziyanı hesablamaq və bütün cinayətləri müəyyənləşdirmək çətindir: "Ancaq dəymiş ziyan milyardlarla ölçülür. Minatəmizləmə bütün prosesin əsas hissəsidir. Ukraynadakı müharibə nəticəsində 30 min kvadratkilometr meşə məhv edilib. Biz hazırda biomüxtəlifliyimizi itirmək üzrəyik. Azərbaycan müttəfiqlərimizdən biridir, ölkəmiz fəsadlardan əziyyət çəkib".

Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin baş nəzarətçi (supervayzeri) Abdullah A. Al Rabeeah vurğulayıb ki, Səudiyyə Ərəbistanı minatəmizləmə əməliyyatlarında yaxından iştirak edir: "Son dörd-beş il ərzində Yəməndə təxminən 443 min 300 minanı müəyyənləşdirib təmizləmişik. Biz yalnız mina təmizləmirik, həmin ölkənin minatəmizləmə ilə bağlı təcrübəsini də genişləndirməyə çalışırıq. Azərbaycandakı minalar da bu gün insanların normal həyat sürməsinin qarşısını alır. Minaları təmizləmək insanları qorumaqla yanaşı, ətraf mühitə və rifaha töhfə verir".

İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar minaların təmizlənməsi üzrə milli direktorunun müavini Tarek Çazli (Tarek Chazli) mina qurbanlarına yardım təşəbbüsü ilə çıxış etdiklərini söyləyib: "Onlara dəstəyimizi genişləndirməyə çalışırıq. Biz mümkün qədər çox konvensiyaya imza atmalıyıq. Biz COP29 çərçivəsində əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Ona görə də Bakıya böyük nümayəndə heyəti ilə gəlmişik".

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı