Sumqayıtda 29 yaşlı gənc qətlə yetirilib.
Ednews Report-a xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Nicat Əlövsət oğlu Bayramov aralarında yaranan mübahisə nəticəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
O, hadisə yerində keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.