Beynəlxalq Avrasiya Mətbuat Fondu və Qeyri-hökumət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirilən, "Qərbi azərbaycanlıların deportasiya və soyqırımı muzeyi" layihəsi öz fəaliyyətlərini davam edir.
Ednews - un məlumatına görə layihənin kordinatoru Novruzova Azadə və layihə meneceri Fuad Abbasov Şamaxı rayonu Mirkənd bölgəsində yaşayan Qərbi azərbaycanlı ailələrin nümayəndələri ilə görüşüb, onların həyat hekayələri haqqında video çəkilişlər aparıblar.
Bütün digər video çəkilişlər kimi, Mirikənd sakinlərinin həyat hekayəsini də Ednews-TV-də olduğu kimi "Qərbi azərbaycanlıların deportasiya və soyqırımı muzeyi" layihəsinin internet səhifəsi olan deport.az -da görə bilərsiniz.
Əkbər Novruz