Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

Cəmiyyət 15:07 27.06.2024

Azərbaycan Mətbuat Şurasında veteran jurnalist Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Ednews xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın ömür yolu barədə məlumat verərək bildirib ki, 1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş H.Elvüsal Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. O, rayonda çı­xan “Ye­ni­lik” qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­ıb, həmçinin Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Müxtəlif illərdə “A­zər­bay­can gənc­lə­ri”, “Xalq qə­ze­ti” (o zamankı “Kom­mu­nist”), “Ədalət” qə­zet­lə­rin­də iş­lə­yib. 

Yubilyarın ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Sə­hər”  qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri olduğunu, nəşrdə baş re­dak­to­run müa­vi­ni kimi fəaliyyət göstərdiyini deyən R.Məcid onun “Be­lə-belə iş­lər” və “Kri­mi­nal” qəzetlərinə də rəhbərlik etdiyini, döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə tanındığını vurğulayıb. 

MŞ sədri onu da bildirib ki, H.Elvüsalın xüsusən “Be­lə-belə iş­lər” rub­ri­kası ilə dərc edilmiş say­sız-he­sab­sız ya­zı­ları cəmiyyətin ruhundan xəbər verib. Bu cəhət müəllifə nüfuz və hörmət qazandırıb. R.Məcid yubilyarın eyni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və hə­vəs­kar bəs­tə­kar kimi də tanındığını deyib. MŞ sədri rəhbəri olduğu qurumun diplomunu H.Elvüsala təqdim edib. 

Toplantıda çıxış edənlərdən “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, yubilyarın sənət dostlarından, tələbəlik və iş yoldaşlarından əməkdar jurnalist Rəhim Hüseynzadə, İsrəfil Qurbanov, Əli Şamil, Akif Cabbarlı, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, şair Adil Cəmil və başqaları H.Elvüsalın yaradıcılığındakı ayrı-ayrı məqamlardan söz açıblar. Onlar bildiriblər ki, yubilyar jurnalistikaya xüsusi ahəng gətirən ifadə tərzi, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhu,  hadisə və proseslərə peşəkar yanaşması ilə seçilib. Jurnalistikada olduğu kimi, publisistikada da özünəxas dəst-xətti onu hər zaman oxucuların sevimlisi edib. 

Sonda çıxış edən H.Elvüsal əməyinə verilən qiymətə, haqqında söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.  

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı