Pop kraliça Aygün Kazımova dənizkənarı məkanların birində səhnəyə çıxıb. Gecədə Pop kraliça hit mahnılarını oxuyub.
Ednews xəbər verir ki, gecəyə trendlərdə nömrə bir olan "S.O.S" mahnısı ilə başlayan ulduz elə həmin ifası ilə də konserti sonlandırıb. Ölkənin əsas ulduzu konsert üçün yenə də maraqlı tərz seçib. O, cins şalvar və qaşlı top geyinib, gümüşü aksessuarlarla tərzini rəngləndirib. Ən diqqətçəkən isə Pop kraliçanın taxdığı baş aksessuarı olub.
Aynurə İsmayıl