Füzulidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, “Shacman” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb və 1 nəfər yük avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.