“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində dördündü toplantı keçirilib

Cəmiyyət 15:14 29.10.2024

Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində dördündü toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə sözügedən layihəyə  göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. 

R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə əvvəlki üç toplantı iyul, avqust və sentyabr aylarında reallaşıb. Toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb. 

Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. 

R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşma tətbiq edilib. R.Məcid, həmçinin, layihə çərçivəsində yekun toplantının gələn ay keçiriləcəyini və bununla da görülmüş işlərə yekun vurulacağını diqqətə çatdırıb. 

MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, “Azərbaycan mediasında gender bərabərliyini mövcud durumu” mövzusunda keçirilmiş tədqiqatın nəticələrini şərh edib. M.Ələsgərli bildirib ki, tədqiqat audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən, 26  jurnalist təşkilatını əhatə edib. Ümumilikdə 180 qurum tədqiqata cəlb edilib. 

Tədqiqat müəyyənləşdirib ki, Azərbaycanda media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir. Bununla yanaşı, gender bərabərliyi ilə bağlı məsələlər cəmiyyətin digər zümrələri kimi, jurnalistika üçün də keçərlidir. Belə ki, media subyektlərində idarəçi qərarverici şəxslərin yalnız 21 faizi qadınlardan, 79 faizi kişilərdən ibarətdir. Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər, yəni qərarverici şəxslərin 20 faizi qadınlardır. Digər 80 faizi isə kişilər təşkil edir.

Toplantıda çıxış edənlərdən Bakı Dövlət Universitetinin müəllimi, Ankara Universitetinin doktorantı Qoşqar Bəylərov, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, “Yenicag.az” saytının əməkdaşı Rəsul Mirhəşimli, “Sitat.info” saytının baş redaktoru Məğrur Salmanov, Tns.az saytının baş redaktoru Tural Səfərov və başqaları layihə çərçivəsində görülmüş işlərin əhəmiyyəti barədə söz açaraq təkliflərini səsləndiriblər.

foto-1-(2).jpg

foto-2-(1).jpg

foto-3-(1).jpg

foto-4-(1).jpg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı