Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.
EDNews xəbər verir ki,bu barədə səfirlik "Facebook" səhifəsində məlumat yayıb.
"COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib.
Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya
səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız
olarsa, [email protected] poçt ünvanına göndərin", - deyə səfirliyin məlumatında qeyd edilib.