Amerika Birləşmiş Ştatlarında (ABŞ) soyuq qütb təhlükəsi elan edilib.
Ednews ntv.com-a istinadən xəbər verir ki, qış aylarının ən soyuq günləri ölkənin mərkəzi bölgələrində yaşanacaq. Güclü fırtınanın təsiri ilə bəzi rayonlarda havanın temperaturunun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.
Soyuq havanın təsirli olacağı bölgədə yaşayan 15 milyon insana 10 dəqiqədən çox gözlənilən soyuq havaya məruz qalmamaları ilə bağlı xəbərdarlıq edilib.
Xəyal Ramiz