ABŞ - ın Demokrat partiyasının senatı Maksvell Frost respublikaçı həmkarlarını Amerikanın simvolu- Azadlıq heykəlini sökmək üçün qanun layihəsi təqdim etməyə çağırıb..
Ednews "The Hill"ə istinadən xəbər verir ki, o bunu respublikaçıların immiqrantlara göstərdiyi rəftara cavab olaraq təklif edib.
Nümayəndələr Palatasının iclasında Frost həmkarlarını immiqrantlarla rəftarlarına və sığınacaq prosesini kəskin şəkildə məhdudlaşdıracaq və qeyri-qanuni mühacirlərə nəzarət etmək üçün daha sərt siyasətlər yaradacaq geniş HR2 qanun layihəsinə görə tənqid edib.
Senat deyib ki, immiqrantlar onlara təklif olunandan daha yaxşısına layiqdirlər. Ona görə də azadlıq istəyinin və Amerika arzusunun simvolu olan Azadlıq Heykəli sökülməlidir.
Əkbər