Ermənistan parlamentinin spikeri Alen Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə mümkün səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ednews TASS-a istinadən xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı məlumata sahib olmadığını deyib.
Qeyd edək ki, erməni mətbuatında yayılan məlumata görə, Zelenski martın 4-5-i Ermənistana səfər edəcək.