Bu ilin iyunun ayının 9-da Avropa Parlamentidə seçkilər keçiriləcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Avropa parlamentinə kimin gələcəyi ilə bağlı qərarı ancaq xalqın səs verməsindən sonra məlum olacaq.
Almaniyanın Saarland vilayətinin nazir-prezidenti Anke Rehlinger bildirir ki, gənclər də mütləq səs vermədə iştirak etməlidir:
“Seçkilərdə 16 və yuxarı yaşda olan gənclərə ilk dəfə səs verməyə icazə veriləcək. Əvvələr onların ən azı 18 yaşı olmalı idi. Bu gənclər üçün böyük şansdır. Onlar bu şansdan isdifadə edib seçkiyə getməlidirlər”.
Bir çox məktəblərdə Aİ layihə günü keçirilib. Orada siyasətçilər, seçkilərlə bağlı gənclərlə müzakirələr aparıb. Almaniyanın Federal kansleri Olaf Şolts da həmçinin bu məktəbdə təhsil alıb.
Qeyd edək ki, Avropa seçkiləri beş ildən bir dəfə keçirilir.
Aysel