Lüksemburq “Ramştayn” formatında keçirilmiş görüşdən sonra Fransa və Almaniyanın başçılıq etdiyi “artilleriya koalisiyasına” qoşulub.
Ednews xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin Müdafiə Nazirliyi teleqramda bildirib.
“Lüksemburq Fransa və Almaniyanın rəhbərlik etdiyi artilleriya koalisiyasına qoşulur”, – məlumatda qeyd olunub.
Həmçinin, quruma görə, Lüksemburq Belçika və Niderland ilə əməkdaşlıq çərçivəsində Ukrayna üçün dronlar alır və çox ehtiyac duyulan avadanlıqları çatdırmaqla Ukraynaya dəstəyini davam etdirir.
Xatırladaq ki, Lüksemburq martın 8-də Ukrayna üçün 800 min artilleriya sursatının alınması ilə bağlı Çexiyanın təşəbbüsünə qoşulacağını açıqlamışdı.
Fevralın 17-də Çexiya Prezidenti Petr Pavel ölkəsinin Ukrayna üçün 800 minə qədər mərmi tapdığını bildirmişdi