Rumıniya və Bolqarıstan martın 31-də hava və dəniz sərhədlərində nəzarətin götürülməsi ilə Şengen zonasına qoşulma prosesinə başlayacaq.
Ednews economist.com-a istinadən xəbər verir ki, iki ölkənin Şengen zonasında tam iştirakına imkan verəcək quru sərhədlərində nəzarətin aradan qaldırılması ilə bağlı danışıqlar hələ də davam edir.
Hər iki ölkə 2007-ci ildən Avropa İttifaqının üzvü olsa da, bir çox digər Avropa vətəndaşlarından fərqli olaraq, digər Aİ ölkələrinə daxil olmaq üçün pasport göstərməlidirlər. 2024-cü ildə iki ölkə üçün sərhəd nəzarəti sadələşdiriləcək və bir çox digər aspektlər də yəqin ki, dəyişəcək.
Bolqarıstan və Rumıniyanın Şengen zonasına yeni qoşulan və daxil olduğu gündən qiymətləri qaldırdığına görə tənqid olunan Xorvatiyanın yolunu davam etdirəcəyi ilə bağlı çoxlu fərziyyələr var.
Xəyal Ramiz