İran əsilli zabit ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının 2-ci Hücum Qrupunun komandanı təyin olunub.
Ednews xəbər verir ki, admiral Keyvan Hək Həkimzadə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının 2-ci Hücum Qrupunun komandiri təyin edilib.
Keyvan Həkimzadə karyera illəri ərzində müxtəlif gəmilərdə hərbi dəniz eskadrilyalarının operativ komandiri kimi çalışıb.
CENTCOM açıqlamasında bildirib ki, ABŞ donanması indi çox bacarıqlı əllərdədir.
Qeyd olunub ki, sözügedən donanmanın tarixi 1931-ci ildən başlayır. Bununla yanaşı, 2014-cü ildə donanma İŞİD qruplaşmasına qarşı əməliyyatda iştirak edib.
Oğuz