ABŞ-dakı "Amerika Erməni Milli Komitə"si (ANCA) Baydenin yeni əvəzləyicisi Kamal Harrisə müraciə edib.
Ednews xəbər verir ki, bu barədə onlar "X" sosial şəbəkəsi üzərindən bildirib.
Müraciətdə yazır:
Kamala Harris Bayden-Harris Administrasiyasının erməni amerikalı seçicilər arasında reytinqini ancaq belə xilas edə bilər:
1) Azərbaycana sanksiyalar və silah/yardım qadağası vasitəsilə məsuliyyətə cəlb etmək
2) Ermənilərin "Artsax"a təhlükəsiz qayıtması üçün BMT mandatına rəhbərlik etmək
ABŞ-dakı erməni lobbisi uzun müddətdir ki, orada yaşayan erməniləri baha qiymətə satmağa çalışdıqları bir mala çevirmişdir. Bu prezident seçkiləri də istisna olmadı - amma Kamala Harris ilə ermənilər bütün vicdanlarını itirdilər.
Görünür Amerikadakı ən böyük erməni lobbisi təşkilatı - onu və bütün Demokrat Partiyasını şantaj edir.
Əkbər Novruz