Rusiyada iş dünyası sanksiyalara görə beynəlxalq ödənişlərdə çətinliklərlə üzləşməyə davam edir. Türkiyə və Çindən sonra Birləşmiş Ərəb Əmirliklərindən gələn şikayətlər də artmaqdadır.
Ednews “Business FM-ə istinadən xəbər verir ki, Rusiya şirkətləri də dirhəm valyutası ilə ödənişlərdə artan problemlər yaşayır.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin bankları və müxbir bankları ilə yanaşı, bəzi hallarda Rusiya banklarında da bu ödənişlər bloklana bilər.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərində Rusiya vətəndaşlarının hesab aça biləcəyi azsaylı banklardan biri olan “Wio” ötən may ayından etibarən Rusiyadan dirhəm, Qazaxıstandan isə dollar və avro ilə ödənişləri qəbul etmir.
Mütəxəssislər bildirirlər ki, ABŞ nəzarəti gücləndirdikdən sonra banklar öz təcrübələrinə yenidən baxırlar.
Xəyal