Latviya Rusiya ilə sərhəddə tank əleyhinə istehkamlar quraşdırmağa başlayıb.
Ednews xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) üzvü Nil Uşakov məlumat verib.
O, bildirib ki, Latviya Buraçki-Terekhovo keçid məntəqəsində bir neçə sıradan ibarət beton tank əleyhinə maneələr quraşdırdır.
“Zilupe yaxınlığında tank əleyhinə istehkam ehtiyatları var”,, – deyə Uşakov vurğulayıb.
Qeyd edək ki, daha öncə Vilnüs meri Valdas Benkunskas Litvanın paytaxtını qorumaq üçün tank əleyhinə istehkamlar aldığını açıqlayıb.
Onun sözlərinə görə, mühafizə vasitələri payızda şəhər bələdiyyəsinin sərəncamında olacaq və fövqəladə hallarda kommunal xidmətlər onları əraziyə çatdıracaq.
Əkbər Novruz